...

SAT imtahanlarının nəticələri gələn ay elan edilə bilər

Cəmiyyət Materials 23 Yanvar 2017 12:53 (UTC +04:00)
Dövlət İmtahan Mərkəzi yanvarın 21-də keçirdiyi SAT imtahanlarının nəticələrinin fevralın 23-də gün elan ediləcəyi gözlənilir.
SAT imtahanlarının nəticələri gələn ay elan edilə bilər

Bakı. İlhamə İsabalayeva - Trend:

Dövlət İmtahan Mərkəzi yanvarın 21-də keçirdiyi SAT imtahanlarının nəticələrinin fevralın 23-də gün elan ediləcəyi gözlənilir.

Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, SAT imtahanları (2 fərqli SAT imtahanı: SAT, SAT esse) DİM-in inzibati binasında təşkil olunmaqla təlimata uyğun keçirilib. İmtahanlarda 57 nəfərin iştirakı nəzərdə tutulsa da, 43 nəfər iştirak edib. İmtahanların gedişi zamanı iştirakçılara bilik və bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

İmtahan nəticələri ilə https://sat.collegeboard.org/scores linkində tanış olmaq mümkün olacaq.

Xəbər lenti

Xəbər lenti