...

Zərərçəkmiş: Maşallah Əhmədov pulu ödəyənə qədər evini girov qoysun (YENİLƏNİB)

Cəmiyyət Materials 24 Yanvar 2017 11:43 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Zərərçəkmiş: Maşallah Əhmədov pulu ödəyənə qədər evini girov qoysun (YENİLƏNİB)

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrlik etdiyi prosesdə son söz deyən M.Əhmədov zərərçəkmişə dəymiş ziyanı ödəmək üçün məhkəmədən vaxt istəyib. O bildirib ki, yanvarın 25-də zərərçəkmişə dəymiş ziyanın 50 min manatını ödəyəcək. Qalan məbləği isə hər ay 500 manat olmaqla, 2 ilə ödəyəcək.

M.Əhmədovun şərti ilə razılaşmayan zərərçəkmiş Yusif Əzizov isə bildirib ki, o təqsirləndirilən şəxsə inanmır: "Mən neçə ildir, ona deyirəm ki, pulumu qaytarsın. Bu şərtlə razılaşıram ki, pulu ödəyənə qədər evini girov qoysun. Mənə M.Əhmədov 128 min manat ödəməlidir".

Məhkəmədə fasilə elan olunub və məhkəmə M.Əhmədova son söz demək üçün yarım saat vaxt verib. Fasilədən sonra M.Əhmədov zərərçəkmişə dəymiş zərəri ödəmək üçün məhkəmədən 1 gün vaxt istəyib.

Növbəti proses yanvarın 25-ə təyin olunub.

Qeyd edək ki, M.Əhmədov 2015-ci il dekabrın 14-də Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. İlkin məlumata görə, bizneslə məşğul olan “Neftçi”nin keçmiş futbolçusu bir neçə nəfərə 150 min manatdan artıq vəsaitə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin o, sözünə əməl etməyib və həmin şəxslərin pulunu qaytarmayıb.

Binəqədi rayon Məhkəməsi M.Əhmədov barəsində ev dustaqlığı ilə bağlı qərar çıxarıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti