...

Azərbaycanda 14 avtomobil körpüsü tikilib, 8-i təmir edilib (FOTO/VİDEO)

Cəmiyyət Materials 26 Yanvar 2017 10:16 (UTC +04:00)
“Azəravtoyol” ASC-də 2016-cı ilin yekunlarına və 2017-cı ildə qarşıda duran vəzifələrin icrasına həsr olunmuş iclas keçirilib.
Azərbaycanda 14 avtomobil körpüsü tikilib, 8-i təmir edilib (FOTO/VİDEO)

Bakı. Trend:

“Azəravtoyol” ASC-də 2016-cı ilin yekunlarına və 2017-cı ildə qarşıda duran vəzifələrin icrasına həsr olunmuş iclas keçirilib.

ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iclası giriş nitqi ilə “Azəravtoyol”un sədri Saleh Məmmədov son bir il ərzində yol infrastrukturun müasirləşdirilməsi, hərtərəfli inkişafı üçün çox böyük işlər görüldüyünü və hazırda da bu işlərin uğurla davam etdirildiyini bildirib.

Qeyd olunub ki, 2016-ci il ərzində 880 km uzunluğunda ümumi istifadədə olan yeni avtomobil yolları, prospekt və küçələr tikilib, yenidən qurulub və təmir olunub, həmçinin 14 ədəd yeni avtomobil körpüsü tikilib, 8 ədədi isə təmir edilib. Bundan başqa, ötən il ərzində Bakı şəhərinin Binəqədi, Nizami, Yasamal, Xətai, Nərimanov, Nəsimi, Xəzər, Sabunçu, Suraxanı, Qaradağ və Səbail rayonlarında 48 adda prospekt və küçə yenidən qurulub və təmir olunub, həmçinin 4 ədəd piyada keçidi tikilib, 1-i isə təmir edilib.

Xüsusi olaraq vurğulanıb ki, Azərbaycan Prezidenti tərəfindən imzalanan və yol infrastrukturunun yenilənməsinə hesablanmış 48 sərəncamın icrası olaraq ümumi uzunluğu 515 km təşkil edən 21 kəndlərarası və 7 qəsəbələrarası avtomobil yolunun tikintisi, qəzalı vəziyyətə düşən 1 körpünün bərpası işləri başa çatdırılıb. Sözügedən avtomobil yollarının tikintisi ilə 173 yaşayış məntəqəsində təqribən 1 milyon 230 min əhalinin rahat və təhlükəsiz hərəkəti təmin olunub. Yolların yenidən qurulması sərnişin və yük daşımaların yaxşılaşmasına, ən əsası isə həmin ərazilərdə kənd təsərrüfatının və turizmin inkişafına gətirib çıxarır.

2016-cı il ərzində Prezident İlham Əliyev 21 dəfə avtomobil yolu və yol qurğularının açılış, təməlqoyma və tanışlıq mərasimlərində iştirak edib, öz dəyərli tövsiyə və tapşırıqlarını verib.

Bu dövr ərzində ümumilikdə 1 milyon 21,8 min ton asfalt-beton istehsal edilib, 56,2 min ton bitum və 4,5 min ton mazut istifadə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti