...

Vətəndaşları Azərbaycandan kənarda silahlı münaqişələrə cəlb edən 35 nəfər cinayət məsuliyyətinə cəlb olunub

Cəmiyyət Materials 27 Yanvar 2017 17:12 (UTC +04:00)
Vətəndaşları Azərbaycandan kənarda silahlı münaqişələrə cəlb edən 35 nəfər cinayət məsuliyyətinə cəlb olunub.
Vətəndaşları Azərbaycandan kənarda silahlı münaqişələrə cəlb edən 35 nəfər cinayət məsuliyyətinə cəlb olunub

Bakı. Trend:

Vətəndaşları Azərbaycandan kənarda silahlı münaqişələrə cəlb edən 35 nəfər cinayət məsuliyyətinə cəlb olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bunu qurumun geniş Kollegiya iclasında hesabat məruzəsi ilə çıxış edən daxili işlər naziri Ramil Usubov deyib.

Nazir qeyd edib ki, dini ekstremizmə qarşı mübarizə tədbirləri də davam etdirilərək əsas diqqət dini radikalizmin və dini fanatizmin təbliğatını aparan, vətəndaşları ölkə hüdudlarından kənarda silahlı münaqişələrə cəlb edən şəxslərin müəyyənləşdirilməsinə yönəlib:

"Bu cür əməllərə görə 35 şəxs cinayət, 223 nəfər inzibati məsuliyyətə cəlb olunub. Onlardan 4 avtomat, 4 tapança, 34 ədəd əl qumbarası, 7 kq partlayıcı maddə, çoxlu sayda döyüş sursatı, minlərlə qanunsuz dini ədəbiyyat, elektron daşıyıcılar və s. aşkarlanaraq götürülüb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti