...

XƏBƏRDARLIQ: Hava qeyri-sabit olacaq, qar yağacaq, yollar buz bağlayacaq

Cəmiyyət Materials 30 Yanvar 2017 13:10 (UTC +04:00)
Hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edilib.
XƏBƏRDARLIQ: Hava qeyri-sabit olacaq, qar yağacaq, yollar buz bağlayacaq

Trend:

Hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 31-dən fevralın 2-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə arabir intensivləşəcəyi gözlənilir.

Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın minimal temperaturu 1-5 dərəcə şaxta təşkil edəcək. Yolların buz bağlama ehtimalı var.

Azərbaycanın rayonlarında fevralın 2-si gündüzədək qeyri-sabit hava şəraitinin davam edəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Yollar buz bağlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti