...

Paytaxtın aparıcı klublarından birində “Collezione İtalia” özəl tədbiri baş tutub (FOTO)

Cəmiyyət Materials 31 Yanvar 2017 15:43 (UTC +04:00)
Keçən həftəsonu paytaxtın aparıcı klublarından biri olan “Eleven”də “Collezione İtalia” özəl tədbiri baş tutub.
Paytaxtın aparıcı klublarından birində “Collezione İtalia” özəl tədbiri baş tutub  (FOTO)

Bakı. Trend:

Keçən həftəsonu paytaxtın aparıcı klublarından biri olan “Eleven”də “Collezione İtalia” özəl tədbiri baş tutub. Yeni şirkətlə tanışlıq çərçivəsində keçirilən tədbirdə 200-yə yaxın qonaq iştirak edib.

Şirkətdən Trend-ə verilən məlumata görə, onlar arasında şirkət rəhbərliyi və əməkdaşları, aparıcı azərbaycanlı memarlar, interyer dizaynerlər, art-direktorlar, jurnal redaktorları, tikinti şirkətlərinin direktorları, dizayn studiyaları və qrup təsisçiləri olub.

Qonaqlar gənc şirkətin iş konsepsiyası ilə tanış olmaqla yanaşı, əməkdaşlarla birbaşa ünsiyyət yarada biliblər. Bu da, sözsüz ki, gələcək əməkdaşlıq üçün müsbət imkanlar yaradıb.

Tədbir qonaqları üçün dolğun proqram təşkil olunub: Avropa və Yaponiya mətbəxinin təamlarından ibarət furşet, müxtəlif içkilər və canlı musiqi.

Tədbirin bədii hissəsində məşhur “Dervish blues band & Nara white” Bakı kaver-qrupunun canlı ifası yer alıb.

Mərasimin sonunda qonaqlara “Collezione İtalia”dan hədiyyələr təqdim olunub.

“Collezione İtalia” Azərbaycan bazarında 2016-cı ilin martından fəaliyyət göstərir. Həmin ilin mayında şirkətin rəsmi açılışı baş tutub, mebel sahəsinin aparıcı mütəxəssisləri və liderləri, interyer dizaynerlər və bomond nümayəndələri üçün sərgi mərkəzinin təqdimatı keçirilib.

25000 kv.m sahəni əhatə edən “Collezione Italia” özündə aparıcı italyan və Avropa dizayn və interyer brendlərini cəmləşdirib. Onlar arasında - "Agoprofil", "Oikos", "Laboratorio İtaliano", "Veneta Cucine", "Team 7", "Besana", "Gianfranco Ferre", "Jesse", "Armando Rho", "Biba Salotti", "Gessi", "Karol", "İBB", "Artesi", "Petracers", "Oasis" və bu kimi digər brendlər var.

Dizayner və memarlar üçün "Collezione Italia" nəinki zərif dəbdəbə yeri, həm də interyerdə klassik və art-dekordan başlayaraq "hi-tech" kimi üslublar üçün yaradıcı idea mənbəyidir.

Xəbər lenti

Xəbər lenti