...

UNEC dünya elm məkanına aktiv inteqrasiya edir

Cəmiyyət Materials 31 Yanvar 2017 18:02 (UTC +04:00)
“Thomson Reuters” bazasına tam çıxış əldə etməsi və UNEC-də tətbiq olunan differensial əməkhaqqı sistemi professor-müəllim heyəti arasında elmi rəqabəti gücləndirib.
UNEC dünya elm məkanına aktiv inteqrasiya edir

Bakı. Trend:

Təhsil Nazirliyinin sifarişi əsasında ölkənin ali təhsil müəssisələrinin dünyada məşhur elmi istinad indeksi olan “Thomson Reuters” bazasına tam çıxış əldə etməsi və UNEC-də tətbiq olunan differensial əməkhaqqı sistemi professor-müəllim heyəti arasında elmi rəqabəti gücləndirib.

Universitetdən Trend-ə verilən məlumata görə, bu rəqabət dünyanın aparıcı informasiya agentliyi “Thomson Reuters”in ali təhsil müəssisələri üçün qlobal elmi bazası olan “Web of Science”a daxil olan elmi nəşrlərin sayında da özünü göstərməkdədir. Belə ki, UNEC əməkdaşlarının 2000-2016-cı illərdə çap edilən elmi əsərlərinin 35%-i məhz son üç ilin (2014-2016) payına düşüb.

Ümumiyyətlə, 2016-cı il ərzində UNEC əməkdaşlarının 864 elmi məqaləsi və 16 monoqrafiyası, 27 dərslik, 48 dərs vəsaiti, 246 proqram və metodik vəsaiti nəşr olunub. Eləcə də, dünyanın nüfuzlu xarici jurnallarda UNEC əməkdaşlarının 253 elmi məqaləsi çap edilib.

UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin brendidir. 21 yanvar 2016-cı ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən UNEC brendi qeydiyyata alınaraq, patentləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti