...

Bank kartı olanlar "BakıKart"ları onlayn formada yükləyə biləcək (ÖZƏL)

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Fevral 2017 11:48 (UTC +04:00)
Bank kartlarının sahibləri “BakıKart” nəqliyyat kartlarına gedişi onlayn formada yükləyə biləcək
Bank kartı olanlar "BakıKart"ları onlayn formada yükləyə biləcək (ÖZƏL)

Bakı. Hüseyn Vəliyev - Trend

Bank kartlarının sahibləri “BakıKart” nəqliyyat kartlarına gedişi onlayn formada yükləyə biləcəklər.

Bu barədə Trend-ə layihəyə yaxın mənbədən məlumat verilib. Məlumata görə, hazırda bu xidmət korporativ müştərilər üçün mövcuddur.

Hazırda bu xidmətin bütün müştərilərə şamil olunması üçün işlər davam etdirilir.

Qeyd edək ki, "BakıKart" Bakı Metropolitenində və sərniçşin avtobuslarında gediş haqqını ödəmək üçün istifadə olunur.

BakiKart-ların alınması və yüklənməsi BakıKart və MilliÖN terminallarında mümkündür. Kartın qiyməti 2 manat təşkil edir.

Bundan başqa, ictimai nəqliyyatdan az istifadə edən Bakı sakinləri və paytaxtın qonaqları üçün məhdud istifadəli Bakı Kart-lar nəzərdə tutulub ki, onların qiyməti 0,2 manat təşkil edir. Bu kartlara yalnız 4 gediş yükləmək olar. Bir gedişin qiyməti də 0,2 manat təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti