...

Qaradağda görkəmli Ukrayna şairəsinin yubileyi qeyd olunub (FOTO)

Cəmiyyət Materials 1 Mart 2017 11:53 (UTC +04:00)
Qaradağ rayonunun Lökbatan qəsəbəsində fevralın 28-də görkəmli Ukrayna şairəsi Lesya Ukrainkanın (1871-1913) anadan olmasının 146 illik yubileyi geniş qeyd olunub.
Qaradağda görkəmli Ukrayna şairəsinin yubileyi qeyd olunub (FOTO)

Bakı. Trend:

Qaradağ rayonunun Lökbatan qəsəbəsində fevralın 28-də görkəmli Ukrayna şairəsi Lesya Ukrainkanın (1871-1913) anadan olmasının 146 illik yubileyi geniş qeyd olunub.

Bu barədə Trend-ə Qaradağ rayonu İcra Hakimiyyətindən məlumat verilib.

Yubileyə gələn nümayəndə heyəti Ukrayna Təhsil və Elm Nazirinin birinci müavini Kovtunets Vladimir Vitalyeviç, Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mişenko Aleksandr Pavloviç və digərləri əvvəl Qaradağ rayonu İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov tərəfindən qəbul edilib. Görüşdə Ukrayna və Azərbaycan xalqlarının dostluğu ilə bağlı fikir mübadiləsi aparılıb. Nazirin birinci müavininə yerli xalça ustaları tərəfindən toxunulmuş xalça hədiyyə edilib.

Sonra qonaqlar Lökbatan qəsəbəsindəki Heydər Əliyevin ucaldılmış möhtəşəm abidəsinin önünə gül dəstələri qoyublar. Lesya Ukrainkanın adına daşıyan parkda tədbir davam etdirilib. Lesya Ukrainkanın büstü önünə əklil və gül dəstələri qoyulub. Tədbir açıq elan olunub və hər iki ölkənin himnləri səsləndirilib. Tədbiri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısının müavini Təranə İsmayılova giriş nitqi ilə açaraq qonaqları salamlayıb və qeyd edib ki, Azərbaycan və Ukrayna xalqlarının dostluğu çoxəsrlik tarixə malikdir. Bakı şəhəri Qaradağ rayonu və Kiyev vilayətinin İrpen şəhəri arasında qardaşlıq əlaqələri haqqında anlaşma olub, yaranmış əlaqələrin təzahürü olaraq Qaradağ rayonu Lökbatan qəsəbəsində şairin adına bu park salınıb, 2004-cü ildə şairin büstü qoyulub.

Daha sonra Ukrayna Təhsil və Elm Nazirinin birinci müavini Kovtunets Vladimir Vladimiroviç və Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mişenko Aleksandr Pavloviç, Azərbaycandakı Ukrayna konqresinin sədri Osadçenko Ynriy Leonidoviç çıxış ediblər. Qonaqlar Ulu öndər Heydər Əliyevin prezident olduğu dövrdə bu dostluq və qardaşlıq daha da möhkəmləndiyini, Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində bu gün iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd ediblər. Tədbirin sonunda Qaradağ rayonunun məktəbliləri Lesya Ukrainkanın şeirlərini Azərbaycan və Ukrayna dillərində səsləndiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti