...

Xəzərdə estakadanın uçduğu ərazidə naməlum kişi meyiti tapılıb

Cəmiyyət Materials 4 Mart 2017 15:52 (UTC +04:00)
"Azneft" İB-nin N.Nərimanov adına Neft Qazçıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin estakadasının uçduğu ərazinin yaxınlığında bu gün naməlum kişi meyiti aşkar edilib.
Xəzərdə estakadanın uçduğu ərazidə naməlum kişi meyiti tapılıb

Bakı. Trend:

"Azneft" İB-nin N.Nərimanov adına Neft Qazçıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin estakadasının uçduğu ərazinin yaxınlığında bu gün naməlum kişi meyiti aşkar edilib.

Bu barədə Trend-ə Axtarış-Xilaetmə Qərargahından məlumat verilib.

Bildirilir ki, “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 16 dekabr 2016-cı il tarixli Sərəncamına əsasən Dövlət Dəniz Administrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Külək estakadanı dənizə uçurdu: 10 nəfər itkin düşüb (SİYAHI)

Külək estakadanı dənizə uçurdu: 10 nəfər itkin düşüb (SİYAHI)

Həyata keçirilən axtarış-xilasetmə əməliyyatları nəticəsində, "Azneft" İB-nin N.Nərimanov adına Neft Qazçıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin estakadasının uçduğu ərazinin yaxınlığında bu gün naməlum kişi meyiti aşkar edilib. Tapılan meyitin itkin düşən neftçilərə aid olub-olmaması müəyyənləşdirilir. Meyitin şəxsiyyəti müəyyənləşdirildikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti