...

Azərbaycan İctimai Nitq Çempionatına start verilib

Cəmiyyət Materials 13 Mart 2017 14:24 (UTC +04:00)
Azərbaycan İctimai Nitq Çempionatına start verilib.
Azərbaycan İctimai Nitq Çempionatına start verilib

Bakı. Trend:

Azərbaycan İctimai Nitq Çempionatına start verilib.

#eprojectgroup yeniliklərlə dolu yeni mövsümdə ilk layihəsi ilə qarşınızdadır! Hər il davamlı olaraq həyata keçirdiyimiz Azərbaycan İctimai Nitq Çempionatına start verilib. Məqsəd gənclərin ilkin təqdimat bacarıqlarının formalaşdırılması və inkişaf etdirilməsidir.

Layihə 3 hissədən ibarətdir:

#öyrən – İlk olaraq bütün iştrakçılar dünya səviyyəli ictimai nitq kouçu və TED spikeri Seymur Rəsulov tərəfindən peşəkar natiqlik kursunda iştirak edəcəklər.

#hazırla – Təlim kursunu bitirən iştirakçılar öyrəndikləri biliklərə uyğun seçdikləri mövzular ətrafında çıxışlarını hazırlayacaqlar. Hazırlıq müddətində iştirakçılara peşəkar natiqlər mentorluq edəcək. Çıxışlar ingilis dilində və fərdi olaraq hazırlanır.

#qalibol - Son mərhələdə iştirakçılar yarışacaqlar. Bu mərhələdə də bütün iştirakçılar iştirak edəcəklər. Çıxışlar 3 mərhələdə (önseçim, yarı final və final) qiymətləndiriləcək. Önseçim mərhələsində 100, yarı finalda isə 10 nəfər seçiləcək.

Ən güclü 10 iştirakçı finalda mübarizə aparacaq. Qalibləri münsiflər heyətinin balları müəyyənləşdirəcək.

1-ci yer – Notebook
2-ci yer – Planşet
3-cü yer - Mobil telefon
4-cü yer – 12 dərslik ingilis dili paketi
5-ci yer – Şəxsi inkişaf təlimi paketi

Bütün finalçılara 1 illik eprojectgroup üzvlüyü və şəxsi inkişaf təlim paketində 50% endirim.

Bütün iştirakçılar Natiqlik Kursu dəyərləndirmə sertifikatı ilə təltif olunacaqlar.

Qeydiyyatdan keç, öyrən, yeni dostlar qazan, əylən, yarış və qalib ol!

Qeydiyyat və ətraflı məlumat üçün: saymore.info/championship

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti