...

Novruz bayramı ərəfəsində dəmir yolunda gücləndirilmiş iş rejimi tətbiq olunacaq

Cəmiyyət Materials 15 Mart 2017 08:15 (UTC +04:00)
«Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyəti Novruz bayramı ərəfəsində gücləndirilmiş iş rejimində çalışacaq
Novruz bayramı ərəfəsində dəmir yolunda gücləndirilmiş iş rejimi tətbiq olunacaq

Bakı. Trend:

«Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin kollektivi Novruz bayramı ərəfəsində gücləndirilmiş iş rejimində çalışacaq.

Trend-ə “Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, sərnişin daşımaları Departamentinin kollektivi sərnişin qatarlarında xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində ciddi işlər görür.

Bayram ərəfəsində, sərnişin sıxlığının artması ilə əlaqədar, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 20-25, bəzən də 30 ədəd əlavə vaqonun qoşulması təmin ediləcək.

Qeyd olunur ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti