...

"Təmiz Şəhər" tullantılar arasından çıxan pulları uşaqlar üçün Novruz hədiyyəsinə çevirdi (FOTO)

Cəmiyyət Materials 15 Mart 2017 09:56 (UTC +04:00)
“Təmiz Şəhər“ ASC tullantılar arasından aşkarlanaraq toplanan pulları xeyriyyə məqsədi ilə istifadə edib.
"Təmiz Şəhər" tullantılar arasından çıxan pulları uşaqlar üçün Novruz hədiyyəsinə çevirdi (FOTO)

Bakı. Trend:

“Təmiz Şəhər“ ASC tullantılar arasından aşkarlanaraq toplanan pulları xeyriyyə məqsədi ilə istifadə edib. ASC-dən Trend-ə verilən məlumata görə, bu pullar “Təmiz Şəhər” ASC-nin Balaxanıda yerləşən Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda iş prosesi zamanı 6-7 ay ərzində tullantılar arasından çeşidlənərək yığılıb.

Bu pullardan istifadə edərək “Təmiz Şəhər” ASC “ASAN məktub” layihəsi vasitəsilə müəyyən geyim əşyaları və oyuncaq istəyində olan uşaqları Novruz bayramı ərəfəsində sevindirib. “ASAN məktub” layihəsinə ən çox Hacıqabul rayonu ərazisindən müraciət olunduğu nəzərə alınaraq, bu bölgədən olan 24 uşağın məktubu “Təmiz Şəhər“ ASC tərəfindən reallaşdırılıb.

Bu gün cəmiyyətin əməkdaşları “ASAN xidmət”in nümayəndələri ilə birlikdə velosiped, məktəbli formaları, çantalar, kostyumlar və s. hədiyyələri Hacıqabul rayonundan “ASAN məktub” layihəsində iştirak edən uşaqlara çatdırıblar.

“Təmiz Şəhər” ASC-nin fəaliyyəti nəticəsində toplanan və 120 kiloqramdan çox olan müxtəlif nominallı qəpiklər xeyriyyə məqsədilə xərclənərək, bu vəsaitin dövriyyəyə qaytarılması təmin edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti