...

Penitensiar Xidmətin Müalicə Müəssisəsindən 12 məhkum azadlığa buraxılıb (FOTO)

Cəmiyyət Materials 17 Mart 2017 13:15 (UTC +04:00)
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssisəsindən 12 məhkum azadlığa buraxılıb.
Penitensiar Xidmətin Müalicə Müəssisəsindən 12 məhkum azadlığa buraxılıb (FOTO)

Bakı. Samir Əli - Trend:

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssisəsindən 12 məhkum azadlığa buraxılıb.

Trend-in məlumatına görə, onlardan 11-i kişi, 1-i isə qadındır.

Qeyd edək ki, Prezident İlham Əliyev martın 16-da məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb. Sərəncam 423 nəfərə şamil olunub. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 412 nəfər cəzanın çəkilməmiş hissəsindən, azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 4 nəfər, islah işləri cəzasına məhkum edilmiş 1 nəfər və cərimə cəzasına məhkum edilmiş 3 nəfər cəzadan azad ediliblər.

Bundan başqa, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş iki nəfərin cəzası müvafiq olaraq 25 və 15 il azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilib. Həmçinin, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər cəzadan azad edilib. Əfv olunanlar arasında 40 xarici ölkə vətəndaşı da var. Onlardan 13-ü İran, 6-sı Pakistan, hərəsindən 4 nəfər olmaqla Gürcüstan, Rusiya və Nigeriya, hərəsindən 3 nəfər olmaqla Çin və Türkiyə, 2 Özbəkistan və 1 Ukrayna vətəndaşı var. Həmçinin, əfv olunanlar arasında fəallar Elvin Abdullazadə və Əbdül Əbilov da var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti