...

Azərbaycana külli miqdarda tütün məmulatı keçirmək istəyən qaçaqmalçılar yaxalanıb

Cəmiyyət Materials 21 Mart 2017 17:41 (UTC +04:00)
Rusiya Federal Təhlükəsizlik Xidmətinin Dağıstan üzrə Sərhəd idarəsinin əməkdaşları Rusiyadan Azərbaycana külli miqdarda tütün məmulatı keçirmək istəyən qaçaqmalçıları saxlayıb
Azərbaycana külli miqdarda tütün məmulatı keçirmək istəyən qaçaqmalçılar yaxalanıb

Bakı. Trend:

Rusiya Federal Təhlükəsizlik Xidmətinin Dağıstan üzrə Sərhəd idarəsinin əməkdaşları Rusiyadan Azərbaycana külli miqdarda tütün məmulatı keçirmək istəyən qaçaqmalçıları saxlayıb.

Trend-in məlumatına görə, idarənin mətbuat xidmətində bildiriblər ki, Dərbəndin cənub-şərqdində dəniz akvatoriyasında içində 2 Rus vətəndaşı olan gəmi saxlanılıb. Sərhəd xidmətinin əməkdaşlarının gəminin sənədlərinin yoxlanılması üçün qanuni tələblərinə baxmayaraq, onlar gəmini saxlamayıblar.

"Gəminin təqibi gedişində qaçaqmalçılar qara paketlərə qablaşdırılmış qutuları suya atırdılar. Məlum oldu ki, o qutularda təxminən 3 min blok Rusiya Federasiyasının aksiz markası olmayan "NZ gold compact" siqaretləri olub", - məlumatda deyilir.

Faktla bağlı hazırda yoxlama aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti