...

Bakı moskvalılar arasında ən populyar 5 turizm şəhərindən biridir - Mayda gəlirlər

Cəmiyyət Materials 23 Mart 2017 13:17 (UTC +04:00)
Moskvalılar Bakıda sutkada 90 dollar xərcləyəcəklər.
Bakı moskvalılar arasında ən populyar 5 turizm şəhərindən biridir - Mayda gəlirlər

Bakı. Trend:

Bakı Moskva sakinləri arasında May bayramlarında istirahət üçün ən populyar turizm istiqamətlərinin "5-liy"inə daxil olub.

Trend Rusiya mətbuatına istinadən xəbər verir ki, reytinq 2017-ci il aprelin 29-dan mayın 10-dək hotellərin və apartamentlərin bronlaşdırılması üzrə məlumatlara əsasən tərtib olunub.

Bakı ilə yanaşı bu "5-liy"ə Praqa, Barselona, Minsk və Tbilisi də daxildir.

Məlumata əsasən, moskvalılar Bakıda May bayramlarını qeyd etmək üçün orta hesabla 3,5 gecəlik yer bron ediblər və sutkada 90 dollar xərcləyəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti