...

Azərbaycanda “Honq Konq" virusunun yayılmasının qarşısını nə aldı?

Cəmiyyət Materials 27 Mart 2017 17:20 (UTC +04:00)
"Ötən il Azərbaycanda “Honq Konq” virusu ilə bağlı 5 hal təsdiq edilib.
Azərbaycanda “Honq Konq" virusunun yayılmasının qarşısını nə aldı?

Bakı. İlhamə İsabalayeva - Trend:

"Ötən il Azərbaycanda “Honq Konq” virusu ilə bağlı 5 hal təsdiq edilib. Virus epidemiya halına keçmədiyindən sıçrayış baş vermədi, yəni bu virus adi mövsümi qrip formasında ötüşdü və kəskin problem meydana çıxmadı"

Trend-in məlumatına görə, bunu V.Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru Həqiqət Qədirova jurnalistlərə deyib.

Direktor qeyd edib ki, “Honq Konq” virusuna yoluxan xəstələr dərhal institutun xüsusi şöbəsinə daxil olublar: “Orada həmin xəstələrdən müayinələr götürülərək Taun Əleyhinə Stansiyaya göndərildi. İnstitutdan 2, digər poliklinikalardan isə 3 xəstədən götürülən müayinə nəticəsində təsdiq edildi ki, onlarda “Honq Konq” virusu var. Bütün dünyada ən çox xəstlənmə halları qrip və kəskin respirator virus infeksiyaları ilə bağlıdır. Zamanla qrip infeksiyaları arasında mutasiya nəticəsində yeni qrip virusları- ştamplar yaranır. Keçən ilin də yeni qrip virusu “Honq Konq” idi”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti