...

Səyyar "ASAN qatar" Ağstafada vətəndaşlara xidmət göstərəcək

Cəmiyyət Materials 28 Mart 2017 12:07 (UTC +04:00)
Səyyar “ASAN qatar” 28 mart - 11 aprel tarixlərində isə Ağstafa şəhərində vətəndaşlara səyyar formada xidmət göstərəcək.
Səyyar "ASAN qatar" Ağstafada vətəndaşlara xidmət göstərəcək

Bakı. Trend:

Səyyar ASAN xidmət 27 mart - 5 apreldə Binəqədi rayonunun Binəqədi qəsəbəsində, 28 mart - 26 apreldə Tovuz, Qax, Astara, Yevlax şəhərlərində, 28 mart - 11 apreldə Şabran şəhəri və Abşeron rayonunun Masazır qəsəbəsində, 29 mart - 26 apreldə Salyan şəhərində, Səyyar “ASAN qatar” 28 mart - 11 aprel tarixlərində isə Ağstafa şəhərində vətəndaşlara səyyar formada xidmət göstərəcək.

Bu barədə Trend-ə ASAN-dan məlumat verilib.

Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Bu xidmətlərə aşağıdakılar daxildir:

Notariat fəaliyyəti;
Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;
Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;
Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;
Sürücülük vəsiqələrinin dəyişdirilməsi;
Əmək pensiyalarının təyin edilməsi;
Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;
Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;
Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi.

Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti