...

Heydər Əliyev prospektində hərəkət qismən məhdudlaşdırılır

Cəmiyyət Materials 30 Mart 2017 13:50 (UTC +04:00)
Heydər Əliyev prospektində hərəkət qismən məhdudlaşdırılır.
Heydər Əliyev prospektində hərəkət qismən məhdudlaşdırılır

Bakı. Trend:

Heydər Əliyev prospektində hərəkət qismən məhdudlaşdırılır.

“Azəravtoyol” ASC-nin Mətbuat Katibliyindən Trend-ə verilən məlumata görə, ASC tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə, piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri həyata keçirilir. Bu gün axşam saatlarınadək Xəzər rayonu Heydər Əliyev prospektinin “Binə” yol qovşağından “Mərdəkan” yol qovşağınadək olan hissəsində yolun üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılır. Bu səbəbdən göstərilən müddət ərzində sözügedən ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti rənglənmə işlərinin aparıldığı zolaqlar üzrə hissə-hissə qismən məhdudlaşdırılır.

“Azəravtoyol” ASC sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti