...

Mingəçevir məktəbliləri “Cocuq Mərcanlı məktəbinə kitab” aksiyasına qoşulublar (FOTO)

Cəmiyyət Materials 3 Aprel 2017 16:39 (UTC +04:00)
Mingəçevir məktəbliləri Bilik Fondunun “Cocuq Mərcanlı məktəbinə kitab” aksiyasına qoşulublar.
Mingəçevir məktəbliləri  “Cocuq Mərcanlı məktəbinə kitab” aksiyasına qoşulublar (FOTO)

Bakı. Trend:

Mingəçevir məktəbliləri Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun irəli sürdüyü Cocuq Mərcanlı kənd məktəbinin kitabxanasına kitab hədiyyəsi aksiyasına qoşulublar.

Bilik Fondunun İnformasiya təminatı sektorundan Trend-ə verilən məlumata görə, Mingəçevir şəhər 4 nömrəli tam orta məktəbin şagirdləri Cocuq Mərcanlı məktəbində təhsil alacaq yaşıdları üçün Bilik Fonduna 200 adda müxtəlif bədii kitab göndəriblər.

Məktəbin direktoru Azər Qazıyev Fondun fəaliyyətini daim izlədiklərini və maarifləndirmə istiqamətində həyata keçirilən layihələri ürəkdən alqışladığını deyib. Bilik Fondunun ölkənin bütün bölgələrində əhali arasında apardığı işləri dövlətin gənc nəslin təlim-tərbiyəsinə, hərtərəfli inkişafına göstərdiyi qayğının daha bir nümunəsi kimi dəyərləndirən direktor məktəblilərin bu aksiyaya böyük həvəslə qoşulduqlarını da vurğulayıb.

Xatıqladaq ki, Bilik Fondu Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının dəstəyi ilə Cocuq Mərcanlıda tikiləcək məktəbin kitabxanasına 500 kitab hədiyyə edəcəyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti