...

Azərbaycanda ərəb və fars dillərinin tədrisi vacib sayıldı

Cəmiyyət Materials 4 Aprel 2017 16:36 (UTC +04:00)
Azərbaycanda ərəb və fars dillərinin tədrisi vacib sayıldı

Bakı. İlhamə İsabalayeva - Trend:

“Kimin imkanı varsa, Azərbaycanın tarixi haqqında broşür hazırlayır. Lakin belə məlumatlar hazırlanarkən Tarix İnstitutuna müraciət edilə bilər. Broşürlərdəki məlumatların səhv olmaması üçün institut abidələr haqqında düzgün məlumatlar verə və bundan istifadə edilə bilər. Ancaq təəssüf ki, bu sahədə iş zəif təşkil olunub”.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü, AMEA Tarix İnstitutunun direktoru Yaqub Mahmudov komitənin bu gün keçirilən iclasında deyib.

Y.Mahmudov əlavə edib ki, son illərdə Azərbaycana ərəb ölkələrindən və İrandan gələn turistlərin sayı artıb. Bu, bələdçilərin dil hazırlığı ilə bağlı məsələnin gündəmə gəlməsinə də səbəb olur: “Gələcəkdə bizim regioana turist axını artacaq, çünki burada sabitlik var. Ancaq başqa məsələlər də nəzərə alınmalıdır. Turistlərin sayı artdığı üçün ərəb, fars dilləri öyrədilməlidir. Əgər bunlar olmasa, işimiz çox çətin olacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti