...

Nuşirəvan Məhərrəmli: Əksər çoxmərtəbəli binalarda qanunsuz kabel yayımı ilə məşğul olan şəxslər var

Cəmiyyət Materials 5 Aprel 2017 15:03 (UTC +04:00)
Çoxmərtəbəli binaların əksəriyyətində qanunsuz kabel yayımı ilə məşğul olan şəxslər var.
Nuşirəvan Məhərrəmli: Əksər çoxmərtəbəli binalarda qanunsuz kabel yayımı ilə məşğul olan şəxslər var

Bakı. İlhamə İsabalayeva – Trend:

Çoxmərtəbəli binaların əksəriyyətində qanunsuz kabel yayımı ilə məşğul olan şəxslər var.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Mədəniyyət komitəsinin iclasında “Kabel şəbəkəsi yayımı haqqında” qanun layihəsinin müzakirəsi zamanı Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli bildirib.

Onun sözlərinə görə, belə hallar xeyli saydadır:

"Dəfələrlə bu məsələni qaldırmışıq. “Kabel şəbəkəsi yayımı” haqqında yeni hazırlanan qanun layihəsi əsasında buna qarşı mübarizə aparmaq istəyirik. Bununla bağlı hüquq-mühafizə orqanlarına, Vergilər Nazirliyə müraciət etmişik, amma nəticə yoxdur. Bizim də ayrı-ayrılıqda hər bir evə girmək səlahiyyətimiz yoxdur. Amma bu qurumlar bu işin öhdəsindən gələ bilərlər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti