...

Bakıda ilk - 7 nəfərlik yeni taksilər

Cəmiyyət Materials 11 Aprel 2017 17:31 (UTC +04:00)
Bakıya yeddi nəfərlik yeni taksilərin gətirilməsi nəzərdə tutulur.
Bakıda ilk - 7 nəfərlik yeni taksilər

Bakı. Elçin Mehdiyev - Trend:

Bakıya yeddi nəfərlik yeni taksilərin gətirilməsi nəzərdə tutulur.

Trend-in taksi fəaliyyəti ilə məşğul olan şirkətlərin birindən əldə etdiyi məlumata görə, hələ ki, belə taksilərdən neçə ədəd gətirilməsi və hansı rəngdə olması dəqiq müəyyənləşdirilməyib.

Məlumat verən mənbə bildirib ki, bu istiqamətdə işlər aparılır, tələbat öyrənilir, hansı rəngin şəhərə daha uyğun olması müəyyənləşdirilir.

Mənbə deyib: “İşlər başa çatdıqdan sonra belə taksilərdən neçə ədəd gətirilməsi və hansı rəngdə olması ilə bağlı qərar veriləcək. Yeddi nəfərlik taksilər həm rahatlığına, həm də imkanlarına görə digərlərindən fərqlənəcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti