...

Azərbaycanda neft hasilatı ilə bağlı PROQNOZLAR açıqlandı

Cəmiyyət Materials 13 Aprel 2017 08:00 (UTC +04:00)
Azərbaycanda 2017-ci ildə neft hasilatı sutkada 0,79 milyon barrel təşkil edəcək
Azərbaycanda neft hasilatı ilə bağlı PROQNOZLAR açıqlandı

Bakı. Yelena Kosolapova - Trend:

Azərbaycanda 2017-ci ildə neft hasilatı sutkada 0,79 milyon barrel təşkil edəcək.

Trend-in məlumatına görə, bu proqnoz ABŞ Energetika Nazirliyinin Energetika İnformasiyası İdarəsindən (EIA) aprel hesabatı ilə bağlı verilən məlumatda yer alıb.

Mart hesabatında proqnoz sutkada 0,8 milyona barrelə bərabər olub.

2018-ci il üçün neft hasilatı proqnozu dəyişməz qalıb. EIA-nın fikrincə, gələn il Azərbaycanda neft hasilatı sutkada 0,77 milyon barrelə bərabər olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti