...

Gömrük işçilərinin maaşları artırıldı

Cəmiyyət Materials 12 Aprel 2017 16:00 (UTC +04:00)
Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına verilən əlavə artırılıb.
Gömrük işçilərinin maaşları artırıldı

Bakı. İlhamə İsabalayeva - Trend:

Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına verilən əlavə artırılıb.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, bununla bağlı Nazirlər Kabinetinin 1997-ci il 25 dekabr tarixli 140 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası gömrük sisteminin büdcədənkənar inkişaf fondu haqqında Əsasnamə və fondun vəsaitinin xərclənməsi Qaydaları"nda dəyişiklik edilib.

Yeni dəyişikliyə əsasən, inkişaf fonduna daxil olan vəsaitin 60 faizi Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavə kimi veriləcək. Hazırda isə bu rəqəm 50 faizdir.

Yeni qərar bu il fevralın 1-dən qüvvəyə minib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti