...

Binəqədidə əhalinin icbari tibbi müayinəsi davam etdirilir (FOTO)

Cəmiyyət Materials 13 Aprel 2017 14:50 (UTC +04:00)
Binəqədi rayonunda əhalinin icbari tibbi müayinəsi uğurla davam edir.
Binəqədidə əhalinin icbari tibbi müayinəsi davam etdirilir (FOTO)

Bakı. Trend:

Binəqədi rayonunda əhalinin icbari tibbi müayinəsi uğurla davam edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq 2017-ci ilin fevral ayının 15-dən may ayının 1-dək əhalinin tibbi müayinədən keçirilməsinə başlanıb.

Binəqədi rayonu İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, tibbi müayinənin yüksək səviyyədə keçirilməsini təmin etmək üçün Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə xüsusi komissiya yaradılıb. Komissiyanın işinə yerli icra və bələdiyyə orqanlarının, müvafiq dövlət qurumlarının rəhbərləri, habelə müayinənin keçiriləcəyi tibb müəssisələrinin tibbi personalı cəlb ediliblər.

Qeyd etmək lazımdır ki, əhalinin tibbi müayinədən keçirilməsi rayonun 8 tibb müəssisəsi tərəfindən həyata keçirilir.

12 aprel tarixində Binəqədi rayonu, Ə.D.Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasında əhalinin geniş şəkildə tibbi müayinəsi təşkil edilib. Tibbi müayinə zamanı rayonun sakinləri müxtəlif tibbi müayinələrdən keçmiş və onlara göstərilən diqqətə görə dövlət başçısı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Məlumat üçün bildirək ki, ümumilikdə Binəqədi rayonunda 18 yaşından yuxarı 200300 nəfər sakin var. Bu günə olan məlumata görə 91965 (46%) nəfər sakin tibbi müayinədən keçiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti