...

Hesablama Palatası: Pozuntulara yol vermiş vəzifəli şəxslərə qarşı zəruri tədbirlər tam görülməyib

Cəmiyyət Materials 14 Aprel 2017 12:34 (UTC +04:00)
Pozuntulara yol vermiş vəzifəli şəxslərə münasibətdə zəruri intizam-tənbeh tədbirləri tam görülməyib.
Hesablama Palatası: Pozuntulara yol vermiş vəzifəli şəxslərə qarşı zəruri tədbirlər tam görülməyib

Bakı. Elçin Mehdiyev – Trend:

Pozuntulara yol vermiş vəzifəli şəxslərə münasibətdə zəruri intizam-tənbeh tədbirləri tam görülməyib.

Trend-in məlumatına görə, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov qurumun ötənilki hesabatını Milli Məclisin plenar iclasında təqdim edərkən deyib.

V.Gülməmmədov bildirib ki, 2016-cı il üzrə nəzarət tədbirlərinin nəticəsi kimi, audit olunan qurumlar tərəfindən 443 nəfər barədə bir sıra intizam tənbeh tədbirlərinin tədbiq edilməsi ilə bağlı məlumatlar Hesablama Palatasına daxil olub:

"Bəzi qurumlar tərəfindən nöqsanlara və pozuntulara yol vermiş vəzifəli şəxslərə münasibətdə zəruri intizam-tənbeh tədbirləri tam görülməyib. Həmçinin bu tədbirlərin priventiv xarakter daşıması nəzərə alınaraq tətbiq edilən tədbirlər əvvəlki illərdə olduğu kimi kifayət qədər sərt olmayıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti