...

İmişlidə toydan sonra qaçan gəlin danışdı - TƏFƏRRÜATLAR

Cəmiyyət Materials 17 Aprel 2017 15:25 (UTC +04:00)
İmişli rayonunda toydan sonra yoxa çıxan gəlin tapılıb
İmişlidə toydan sonra qaçan gəlin danışdı - TƏFƏRRÜATLAR

Bakı. Samir Əli - Trend:

İmişli rayonunda toydan sonra yoxa çıxan gəlin tapılıb.

Bu barədə Trend-ə İmişli rayon Polis Şöbəsindən məlumat verilib.

Hadisə aprelin 15-də gecə saatlarında baş verib. Rayonun Qaradonlu kənd sakini, 1999-cu il təvəllüdlü Cəfərli Nazxanım Kazım qızı toyundan sonra yoxa çıxıb.

Aprelin 16-da valideynləri polisə ərizə yazaraq qızlarının itkin düşdüyünü bildirib. Aparılan araşdırmalar zamanı məlum olub ki, yoxa çıxan qız öz istədiyi oğlana, rayonun Rəsullu kənd sakini, 1992-ci il təvəllüdlü Xəlilov Kamran Möhübbət oğluna qoşulub qaçıb. Aprelin 16-da rayon polis şöbəsi ilə əlaqə saxlayan qız heç kim tərəfindən məcburi oğurlanmadığını, öz istəyi ilə qaçdığını təsdiqləyib. Daha sonra qızla oğlan rayon polis şöbəsinə gələrək izahat da yazıb.

Şöbədən bildiriblər ki, hazırda qızla-oğlan rayonun Rəsullu kəndində, oğlanın ata evində yaşayır.

Faktla bağlı İmişli rayon Pois Şöbəsində araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti