...

Baş Prokurorluq mühəndis-proqramçı və veb-dizayner ixtisasları üzrə işə qəbul elan edir

Cəmiyyət Materials 18 Aprel 2017 15:33 (UTC +04:00)
Baş Prokurorluq mühəndis-proqramçı və veb-dizayner ixtisaslarına malik mütəxəssislərin işə qəbulunu elan edir
Baş Prokurorluq mühəndis-proqramçı və veb-dizayner ixtisasları üzrə işə qəbul elan edir

Bakı. Trend:

Baş Prokurorluq mühəndis-proqramçı və veb-dizayner ixtisaslarına malik mütəxəssislərin işə qəbulunu elan edir

Prokurorluqdan Trend-ə verilən məlumata görə, informasiya və kommunikasiya texnologiyalarının ölkəmizin davamlı və dayanıqlı inkişafının təmin edilməsində, intellektual potensialının gücləndirilməsində, korrupsiyaya qarşı mübarizədə, cəmiyyətdə şəffaflığın və demokratiyanın inkişaf etdirilməsində, informasiya cəmiyyətinin formalaşdırılmasında səmərəli vasitə kimi qəbul edilməsinə dair Prezident İlham Əliyevin tövsiyə və göstərişlərini rəhbər tutan Respublika Baş Prokurorluğu Azərbaycan Respublikası Prezidentinin 2 aprel 2014-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”nın prokurorluq orqanlarında icrası ilə əlaqədar yaradılmış Baş Prokurorluğun İnformasiya-kommunikasiya texnologiyaları idarəsinə bu sahədə zəruri biliklərə malik mütəxəssislərin (3 mühəndis-proqramçı və 1 veb-dizayner) işə qəbulunu elan edir.

Mühəndis-proqramçı ixtisası üzrə tələb olunan biliklər:

Məlumat bazası bilikləri: MySql, MsSql, Oracle, OraclePl/Sql

Proqram bilikləri: Java, C#

Web Texnologiyaları: HTML, CSS, JavaScript, Ajax, JQuery, Angular js

Mobil proqramlaşdırma: Android, Ajax

Java Web Texnologiyaları: Servlet, JSP, JSF, Primefaces

Web Servislər: SOAP, Restful, DevExpress (.Net)

Project Management Tools (Ant, Maven)

Versioncontrol (SVN, VisualSvn, Git /Git Hub)

Reporting (FastReport, XtraReport, JasperReport)

Application Servers (Glassfish, Tomcat, JBoss)

Əməliyyat Sistemləri (Oracle Enterprise Linux, CentOS, FTP-server)

Veb-dizayner ixtisası üzrə tələb olunan biliklər:

Adobe Illustrator, Photoshop, InDesign, AfterEffects, Premiere, Audition, Corel DRAW, QuarkXPress

HTML5, CSS3, Bootstrap Framework, JavaScript, JQuery, MooTools, Prototype, AngularJS

PHP (+ Laravel PHP Framework), MySQL, AJAX, NodeJS

RESTful veb servislərlə işləyə bilmək bacarığı;

Microsoft Windows və Linux (Ubuntu, CentOS, Debian) əməliyyat sistemlərində terminal səviyyəsində işləmək bacarığı.

İşə qəbulla əlaqədar namizədlər CV formalarını Baş Prokurorluğun İnformasiya-kommunikasiya texnologiyaları idarəsinin elektron poçt ünvanına ([email protected]) göndərə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti