...

IV könüllülük proqramına sənəd qəbulu başa çatıb

Cəmiyyət Materials 19 Aprel 2017 11:46 (UTC +04:00)
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən IV könüllülük proqramına aparılan sənəd qəbulu başa çatıb.
IV könüllülük proqramına sənəd qəbulu başa çatıb

Bakı. Trend:

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən IV könüllülük proqramına aparılan sənəd qəbulu başa çatıb.

İdarədən Trend-ə verilən məlumata görə, IV könüllülük proqramında iştirak etmək üçün 281 nəfər könüllü elektron ([email protected]) qaydada sənəd verib.

Onlardan müvafiq meyarlar üzrə uyğun gələn namizədlər müsahibəyə dəvət olunacaqlar.
Müsahibədən uğurla keçən şəxslər may ayından etibarən BŞTİ-nin müxtəlif sektorlarında və xidmət bölmələrində 3 ay təcrübə keçmək imkanı qazanacaqlar. Könüllü kimi fəaliyyətini uğurla başa vuran gənclərin hər birinə BŞTİ tərəfindən müvafiq arayış veriləcək.

Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi artıq 3 ildir ki, könüllü əsaslarla çalışmaq arzusunda olan gənclərlə əməkdaşlıq edir. İndiyədək həyata keçirilmiş birinci könüllülük proqramı əsasında 15, ikinci könüllülük proqramında 26, üçüncü könüllülük proqramında isə 35 nəfər BŞTİ-nin müxtəlif sektorlar və xidmət bölmələrində fəaliyyət göstərib. Onlardan 12 nəfəri hazırda BŞTİ-nin əməkdaşıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti