...

Salyanda YPX maşınının törətdiyi qəzada 2 nəfər ölüb: 4 yaralının vəziyyəti ağırdır

Cəmiyyət Materials 27 Aprel 2017 14:19 (UTC +04:00)
Salyan rayonunda Yol Patrul Xidməti avtomobilinin törətdiyi qəza nəticəsində iki nəfər dünyasını dəyişib.
Salyanda YPX maşınının törətdiyi qəzada 2 nəfər ölüb: 4 yaralının vəziyyəti ağırdır

Bakı. Samir Əli - Trend:

Salyan rayonunda Yol Patrul Xidməti (YPX) avtomobilinin törətdiyi qəza nəticəsində iki nəfər dünyasını dəyişib.

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə nəticəsində bir nəfər hadisə yerində, bir nəfər isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Hadisə nəticəsində xəsarət alanlardan 2-si yol polisi əməkdaşı olmaqla, 4 nəfər Salyan rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralılardan bir nəfər koma vəziyyətindədir, digər bir nəfər isə ağır vəziyyətdə olduğundan əməliyyat olunub.

Yaralanan 2 polis əməkdaşının isə vəziyyəti orta ağırdır.

Qeyd edək ki, hadisə Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində baş verib.

YPX maşını 90-GR-539 dövlət qeydiyyat nömrə nişanlı "Mercedes" markalı avtomobillə toqquşub.

Faktla bağlı araşdırmalara başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti