...

Azərbaycan prospektindən "Beş mərtəbə" dairəsinə giriş məhdudlaşdırıldı

Cəmiyyət Materials 27 Aprel 2017 16:04 (UTC +04:00)
Bakıda "Beş mərtəbə" dairəsinin ləğvi ilə əlaqədar əraziyə Azərbaycan prospektindən giriş məhdudlaşdırılır.
Azərbaycan prospektindən "Beş mərtəbə" dairəsinə giriş məhdudlaşdırıldı

Bakı. Samir Əli - Trend:

Bakıda "Beş mərtəbə" dairəsinin ləğvi ilə əlaqədar əraziyə Azərbaycan prospektindən giriş məhdudlaşdırılır.

"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Trend-ə açıqlamasında bildirib ki, Yasamal rayonu Akademik Milli Dram teatrının və Təzə Pir məscidi kompleksinin ətrafında aparılan yenidənqurma işləri çərçivəsində "Beş mərtəbə" dairəsi ləğv olunuraraq park ərazisinə birləşdirilir.

Bununla əlaqədar olaraq bu gündən etibarən sözügedən dairəyə Azərbaycan prospekti tərəfdən daxil olmaq məhdudlaşdırılıb.

Avtonəqliyyat vasitələri Səməd Vurğun küçəsi ilə kəsişmədə yaradılan yeni geri dönmə hissədən istifadə edərək hərəkətlərinə davam edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti