...

Nazirdən idman zallarındakı təhlükə ilə bağlı XƏBƏRDARLIQ: Əlavələr insanların sağlamlığına ciddi ziyan vurur

Cəmiyyət Materials 27 Aprel 2017 17:10 (UTC +04:00)
Nazirdən idman zallarındakı təhlükə ilə bağlı XƏBƏRDARLIQ: Əlavələr insanların sağlamlığına ciddi ziyan vurur

Bakı. Elçin Mehdiyev - Trend:

İdman zallarında satılan əlavələr insanların sağlamlığına ciddi ziyan vurur.

Trend-in məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov deyib.

A.Rəhimov bildirib ki, idman zallarında məşq edən adi insanlar da orada müxtəlif kimyəvi əlavələrdən istifadə edirlər: "Əgər o əlavələr qanunda öz əksini tapmayıbsa, biz qanuna dəyişikliklər etməliyik. Bu bizim gənclərimizin sağlamlığı üçün zəruridir. O əlavələrin tərkibində müxtəlif proteinlər var ki, insanlar onlardan istifadə edirlər, sonra da sağlamlıqlarına ciddi ziyan dəyir. Biz istəməzdik ki, həmin zallarda məşq edən insanlara keyfiyyətsiz məhsullar satılsın”.

Nazir qeyd edib ki, son vaxtlar bütün idman zallarında xüsusi vitrinlər qoyulub və belə kimyəvi əlavələr satılır: “Əksəriyyəti də çalışır ki, ucuz alıb baha satsın. Ucuz malın da keyfiyyəti olmur, sağlamlığa ciddi ziyan vurur. Yəni biz ancaq peşəkar idmançıları deyil, sadəcə məşq edən, idmanı sağlam həyat tərzi kimi qəbul edən insanları da qorumalıyıq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti