...

Əcnəbi tələbələr oxumaq üçün daha çox Azərbaycanın hansı ali məktəblərini seçir?

Cəmiyyət Materials 29 Aprel 2017 07:51 (UTC +04:00)
Azərbaycanda təhsil alan əcnəbi tələbələr oxumaq üçün daha çox Azərbaycan Tibb Universitetini seçiblər.
Əcnəbi tələbələr oxumaq üçün daha çox Azərbaycanın hansı ali məktəblərini seçir?

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda təhsil alan əcnəbi tələbələr daha çox Azərbaycan Tibb Universitetini seçiblər.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, 2016-2017-ci tədris ili üzrə olan məlumatlara əsasən, Azərbaycan ali məktəblərində 5007 nəfər əcnəbi tələbə təhsil alır.

Ölkədəki əcnəbi tələbələrin 2152-si Azərbaycan Tibb Universitetində, 627-si Azərbaycan Memarlıq və İnşaat Universitetində, 417-si isə Bakı Dövlət Universitetində təhsil alır.

Qalan əcnəbi tələbələrin təhsil aldığı ali təhsil müəssisələri Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Naxçıvan Dövlət Universiteti, Qafqaz Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan İqtisad Universiteti və s-dir.

Azərbaycanda təhsil alan əcnəbilər daha çox Türkiyə, İran, Gürcüstan, Rusiya, İraq, Türkmənistan və Çindən gələn tələbələrdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti