...

Bədii gimnastika üzrə qrup hərəkətlərində Azərbaycan yığması Dünya Kubokunun finalına vəsiqə qazanıb

Cəmiyyət Materials 29 Aprel 2017 19:06 (UTC +04:00)
Bədii gimnastika üzrə qrup hərəkətlərində Azərbaycan yığması - Siyana Vasileva, Aleksandra Platonova, Diana Doman, Zeynəb Celep və Ayşən Bayramova Dünya Kubokunun finalına vəsiqə qazanıblar
Bədii gimnastika üzrə qrup hərəkətlərində Azərbaycan yığması Dünya Kubokunun finalına vəsiqə qazanıb

Bakı. Maksim Tsurkov - Trend:

Bədii gimnastika üzrə qrup hərəkətlərində Azərbaycan yığması - Siyana Vasileva, Aleksandra Platonova, Diana Doman, Zeynəb Celep və Ayşən Bayramova Bədii Gimnastika üzrə Dünya Kubokunun finalına vəsiqə qazanıblar.

Trend-in məlumatına görə, gimnastlar kvalifikasiyada 18,300 bal yığıblar və bu onlara ən yaxşı nəticə ilə finala vəsiqə qazanmaq imkanı verib.

Finala həmçinin Bolqarıstan, Ukrayna, İtaliya, Belarus, İspaniya, Özbəkistan və Macarıstan yığmaları vəsiqə qazanıblar.

Qeyd edək ki, aprelin 28-də Bakıda bədii gimnastika üzrə FIG Dünya Kuboku yarışlarına start verilib. Aprelin 30-dək davam edəcək yarışlara 21 ölkədən 94 gimnast qatılıb. Onlardan 34 nəfəri fərdi proqramda, 58 nəfəri isə ümumilikdə 10 qrup hərəkətləri komandasının tərkibində çıxış edir.

Ölkəmizi bu turnirdə yeniyetmələr proqramında Avropa çempionatının gümüş və bürünc medalçısı Jalə Piriyeva, istedadlı gimnast Zöhrə Ağamirzəyeva, həmçinin Avropa çempionatının qrup hərəkətləri komandasının tərkibində gümüş medalçıları Siyana Vasileva, Diana Doman, Aleksandra Platonova, Ayşən Bayramova və Elif Zeynep Celep təmsil edirlər.

Yarışlarda tamaşaçılar Azərbaycanın tanınmış gimnastları ilə yanaşı, bir çox xarici favorit idmançıların da çıxışlarını izləmək şansı əldə edəcəklər. Belə ki, yarışlarda 2 qat dünya çempionu və Avropa çempionu Aleksandra Soldatova (Rusiya), Avropa çempionatının bürünc mükafatçısı Zelikman Nikol (İsrail) və Rusiya (Olimpiya Oyunlarının qızıl medalçısı), İspaniya (Olimpiya Oyunlarının gümüş medalçısı), Bolqarıstan (Olimpiya Oyunlarının bürünc medalçısı), Belarus (dünya çempionatının bürünc mükafatçısı) qrup hərəkətləri komandaları iştirak edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti