...

Səfir: Rumın gimnastlar Milli Gimnastika Arenasında yaradılmış şəraitdən çox razıdırlar

Cəmiyyət Materials 30 Aprel 2017 17:10 (UTC +04:00)
Rumın gimnastlar Milli Gimnastika Arenasında yaradılmış şəraitdən çox razıdırlar.
Səfir: Rumın gimnastlar Milli Gimnastika Arenasında yaradılmış şəraitdən çox razıdırlar

Bakı. Ləman Zeynalova - Trend:

Gimnastların Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda qazandığı təcrübə onlara gələcək irimiqyaslı yarışlarda kömək edəcək.

Bunu Trend-ə Bakıda gimnastika yarışlarına tamaşa edən Rumıniyanın Azərbaycandakı səfiri Dan İanku deyib.

Diplomat bu turnirdə rumın gimnast Ana Luiza Filiorianunun top və gürzlərlə hərəkətlərdə finala çıxdığını, bunun da çox yaxşı nəticə olduğunu vurğulayıb.

O, yarışların təşkilatçılıq səviyyəsini yüksək qiymətləndirib: "Rumın gimnastlar Milli Gimnastika Arenasında yaradılmış şəraitdən çox razıdırlar".

Qeyd edək ki, bu gün Bakıda bədii gimnastika üzrə FIG Dünya Kubokunun üçüncü - sonuncu günündə fərdi gimnastların halqa, top, gürzlər və lentlə, eləcə də qrup komandalarının 5 halqa, 3 top və 2 iplə hərəkətləri üzrə final yarışları keçirilir.

Ölkəmizi bu turnirdə yeniyetmələr proqramında Avropa çempionatının gümüş və bürünc medalçısı Jalə Piriyeva, istedadlı gimnast Zöhrə Ağamirzəyeva, həmçinin Avropa çempionatının qrup hərəkətləri komandasının tərkibində gümüş medalçıları Siyana Vasileva, Diana Doman, Aleksandra Platonova, Ayşən Bayramova və Elif Zeynep Celep təmsil edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti