...

Qanunsuz silahlı birləşmələrə qoşulmaq üçün təbliğat aparanlar barədə RƏSMİ AÇIQLAMA

Cəmiyyət Materials 2 May 2017 16:51 (UTC +04:00)
Qanunvericiliyə də bununla bağlı əlavə və dəyişikliklər oldu.
Qanunsuz silahlı birləşmələrə qoşulmaq üçün təbliğat aparanlar barədə RƏSMİ AÇIQLAMA

Bakı. Elçin Mehdiyev - Trend:

“Son dövrlərdə xaricdə olan qeyri-qanuni silahlı dəstələrə Azərbaycandan qoşulan insanlar barədə bizim tərəfimizdən məlumat qeydə alınmayıb”.

Bunu Trend-ə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

M.Qurbanlı bildirib ki, bu istiqamətdə ideoloji qurumların, o cümlədən Qafqaz Müsəlmanları İdarəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və bu sahəyə aid qurumların apardığı təbliğat-təşviqat işi, həmçinin hüquq-mühafizə orqanlarının profilaktik tədbirləri, medianın yaydığı izahatedici məlumatlar öz təsirini göstərib və qeyri-qanuni silahlə dəstələrə qoşulanlar yoxdur:

“Qanunvericiliyə də bununla bağlı əlavə və dəyişikliklər oldu. Bütün bunların nəticəsində son dövrlərdə qeyri-qanuni silahlı birləşmələrə qoşulanlar olmayıb. Qeyri-qanuni silahlı birləşmələrə qoşulmaq üçün təbliğat aparan, vasitəçilik edən adamlar da tədricən sıradan çıxıb və yaxud da kənara çəkiliblər. Həmçinin, Azərbaycan ictimaiyyəti də bu məsələdə öz sözünü deyib”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti