...

Vitse-spiker: ATƏT PA-nın prezidenti payızda Azərbaycana səfər edə bilər

Cəmiyyət Materials 5 May 2017 13:02 (UTC +04:00)
ATƏT Parlament Assambleyasının prezidenti Kristin Muttonen payızda Azərbaycana səfər edə bilər.
Vitse-spiker: ATƏT PA-nın prezidenti payızda Azərbaycana səfər edə bilər

Bakı. Azad Həsənli - Trend:

ATƏT Parlament Assambleyasının prezidenti Kristin Muttonen payızda Azərbaycana səfər edə bilər.

Trend-in məlumatına görə, bunu Azərbaycan Parlamentinin vitse-spikeri Bahar Muradova deyib.

Vitse-spikerin sözlərinə görə, daha öncə Muttonenin səfəri ATƏT Parlament Assambleyasının yay sessiyasına qədər planlaşdırılırdı, lakin sonradan tarix dəyişib.

B.Muradova əlavə edib ki, səfərin daha dəqiq tarixi barədə danışıqlar hələ davam edir.

Qeyd edək ki, Bakıda “Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Mayın 6-dək davam edəcək Forum çərçivəsində keçirilən sessiyalar insan təhlükəsizliyi, davamlı inkişaf, miqrasiya, mədəniyyətlər və dinlərarası dialoq, ekstremizmə qarşı mübarizə, qaçqın və miqrantlara münasibət, gənclərin və təhsilin mədəniyyətlərarası dialoqda rolu, ərzaq təhlükəsizliyi kimi mövzuları əhatə edir. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Bolqarıstanın vitse-prezidenti, YUNESKO, İSESKO, İslam Əməkdaşlıq Təşkilatı, QDİƏT, İRSİKA, Ərəb Maqreb Birliyi, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və TÜRKSOY-un baş katibləri, Malinin Prezidenti və birinci xanımı, Efiopiya və Ruandanın birinci xanımları, Türkiyə, Rusiya, Gürcüstan, Qətər, Makedoniya, Misir, Efiopiya, İraq, Cənubi Sudan, Sudan, Mavritaniya, Monteneqro, Seyşel Adaları, Tacikistan və Keniyanın mədəniyyət nazirləri iştirak edirlər.

Forum artıq 4-cü dəfədir Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş “Bakı prosesi” təşəbbüsü çərçivəsində təşkil olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti