...

Prokurorluq orqanları əməkdaşları ağacəkmə kampaniyası keçiriblər (FOTO)

Cəmiyyət Materials 6 May 2017 17:09 (UTC +04:00)
Baş Prokurorluğun, Bakı şəhər və paytaxtın tabe rayon prokurorluqlarının əməkdaşları Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə ağacəkmə kampaniyası keçiriblər.
Prokurorluq orqanları əməkdaşları ağacəkmə kampaniyası keçiriblər (FOTO)

Bakı. Trend:

Baş Prokurorluğun, Bakı şəhər və paytaxtın tabe rayon prokurorluqlarının əməkdaşları Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə ağacəkmə kampaniyası keçiriblər.

Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaxından dəstəyi ilə keçirilən kampaniya çərçivəsində Suraxanı rayonu ərazisində Hövsan qəsəbəsinin yaxınlığında 2 hektar ərazidə 2 mindən artıq zeytun, Eldar şamı ağacları əkilib.

Abşeron yarımadasının iqliminə uyğun olaraq seçilən ağacların küləkdən qorunması üçün dirəklər basdırılmış və onların inkişafı üçün münbit torpaq və mineral gübrələrdən istifadə olunub. Həmçinin, əkilən ağacların mühafizəsi və mütəmadi olaraq onlara qulluq göstərilməsi məqsədilə bütün zəruri tədbirlər görülüb.

Aksiyanın gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti