...

Yaxın 3 ildə Azərbaycanda inflyasiyanın həddi ilə bağlı DB-dən açıqlama

Cəmiyyət Materials 11 May 2017 21:05 (UTC +04:00)
Hesabata əsasən, 2017-ci ildə ölkədə inflyasiyanın həcmi 7,8 faiz, 2018-ci ildə 4,2 faiz və 2019-cu ildə 3,8 faiz təşkil edəcək
Yaxın 3 ildə Azərbaycanda inflyasiyanın həddi ilə bağlı DB-dən açıqlama

Bakı. Azad Həsənli - Trend:

Yaxın 3 il ərzində Azərbaycanda inflyasiya əhəmiyyətli dərəcədə azalacaq.

Trend-in məlumatına görə, bu Dünya Bankının Avropa və Mərkəzi Asiya ölkələri üzrə baş iqtisadçısı Hans Timmerin açıqladığı “Trade in Transition” regional hesabatından məlum olub.

Hesabata əsasən, 2017-ci ildə ölkədə inflyasiyanın həcmi 7,8, 2018-ci ildə 4,2, 2019-cu ildə isə 3,8 faiz təşkil edəcək.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2016-cı ildə Azərbaycanda inflyasiya 12,4 faiz təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti