...

İslamiadanın açılış və bağlanışından sonra elektrik qatarları pulsuz olacaq

Cəmiyyət Materials 12 May 2017 12:49 (UTC +04:00)
İslamiadanın açılış və bağlanış mərasimləri başa çatandan sonra elektrik qatarlarında sərnişinlər ödənişsiz daşınacaq.
İslamiadanın açılış və bağlanışından sonra elektrik qatarları pulsuz olacaq

Bakı. Trend:

İslamiadanın açılış və bağlanış mərasimləri başa çatandan sonra elektrik qatarlarında sərnişinlər ödənişsiz daşınacaq.

Bu barədə Trend-ə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

12 və 22 may tarixlərində IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimləri başa çatandan sonra "Koroğlu" - Bakı sərnişin stansiyası marşrutu üzrə işləyən "KİSS" markalı ikimərtəbəli elektrik qatarlarından istifadə edən sərnişinlərin Biləcəri-Xırdalan-Sumqayıt istiqamətində də ödənişsiz daşınması təmin ediləcək.

Qeyd edək ki, bu gün açılış mərasimi keçiriləcək Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək Azərbaycan paytaxtında 16 yarış obyektində 17 Olimpiya və 3 qeyri-olimpiya növü olmaqla, 21 idman növü üzrə keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti