...

Komitə sədri: Qadınlar sosial şəbəkələrə, dini sektalara aludə olmamalıdırlar

Cəmiyyət Materials 19 May 2017 15:40 (UTC +04:00)
Qadınlar sosial şəbəkələrə, pis vərdişlərə, dini sektalara aludə olmamalıdır.
Komitə sədri: Qadınlar sosial şəbəkələrə, dini sektalara aludə olmamalıdırlar

Bakı. İlhamə İsabalayeva – Trend:

Qadınlar sosial şəbəkələrə, pis vərdişlərə, dini sektalara aludə olmamalıdırlar.

Trend-in məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

Onun sözlərinə görə, bəzən komitəyə qadın sonsuzluğunun artması və buna səbəb kimi qadınların fiziki sağlamlığının yaxşı olmaması ilə bağlı müraciətlər daxil olur.

Komitə sədri hesab edir ki, idmanla məşğul olmaq üçün cəmiyyətin, valideynlərin düşüncə tərzlərini inkişaf etdirmək lazımdır: “Bəzən deyirlər ki, idman qadınlar üçün deyil. Ancaq tarixə nəzər salanda qadınlarımızın kişilərlə birlikdə at çapdıqlarını, ox atdıqlarının şahidi olmuşuq. Zaman keçdikcə qadınlar bu stereotipi qırmağı bacardılar".

O bildirib ki, bu gün qadın idmançılarımız bir çox beynəlxalq yarışlarda ilk yerləri tuta biliblər.

Xəbər lenti

Xəbər lenti