...

Dəmir Yolunda qanvermə aksiyası keçirilib (FOTO)

Cəmiyyət Materials 22 May 2017 14:51 (UTC +04:00)
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti qanvermə aksiyası keçirir.
Dəmir Yolunda qanvermə aksiyası keçirilib (FOTO)

Bakı. Trend:

Talassemiyalı xəstələrə dəstək məqsədilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Bakı dəmir yolu xəstəxanasında qanvermə aksiyası keçirir.

Bu barədə Trend-ə “Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Azərbaycan Talassemiya Federasiyası, əsasən, korporativ donorluq ideyalarını geniş təbliğ edərək, ölkəmizin paytaxtı və regionlarında qan donorluğunun təşviqi və təmənnasız qanvermə aksiyalarının təşkili ilə məşğul olur. Bununla da talassemiyalı xəstələrin lazımi miqdarda qan ilə təmin edilməsi istiqamətində Mərkəzi Qan Bankına kömək göstərilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti