...

Türkiyə səfiri Tərcümə Mərkəzində

Cəmiyyət Materials 23 May 2017 18:31 (UTC +04:00)
Türkiyənin Azərbaycandakı səfiri Ərkan Özoral Tərcümə Mərkəzində olub.
Türkiyə səfiri Tərcümə Mərkəzində

Bakı. Trend:

Türkiyənin Azərbaycandakı səfiri Ərkan Özoral Tərcümə Mərkəzində olub.

Mərkəzdən Trend-ə verilən məlumata görə, görüş zamanı bütün dövrlər Azərbaycanda yaşanan böyük Türkiyə sevgisindən, Tərcümə Mərkəzinin müxtəlif dövrlərdə tərcümə və nəşr etdiyi Nazim Hikmət, Fazil Hüsnü Dağlarca, Səid Faiq Abasıyanıq, Xalidə Ədib Adıvar, Haldun Tanər, Orhan Pamuk, Osman Çeviksoy, Səbahəddin Əli, Bəkir Yıldız, Camal Şakar kimi, məşhur Türkiyə ədiblərinin əsərlərindən söz açılıb.

2016-cı ildə Avrasiya Yazarlar Birliyinin “Bengü” nəşriyyatında türk dilində çap edilmiş ikicildlik “Müasir Azərbaycan ədəbiyyatı antologiyası” qonağın nəzərinə çatdırılıb, Azərbaycanda ilk dəfə işıq üzü görəcək “Türkiyə ədəbiyyatı antologiyası”nın yaxın günlərdə Azərbaycan oxucusuna təqdim olunacağı, Türkiyə ədəbiyyatının təbliği istiqamətində bu sayaq layihələrin bundan sonra da davam etdiriləcəyi qeyd edilib.

Görüşə görə minnətdarlığını bildirən Ə.Özoral Tərcümə Mərkəzinin ədəbiyyatlararası əlaqələr istiqamətində gördüyü işləri yüksək qiymətləndirib, Türkiyə ədəbiyyatına göstərilən diqqət və qayğıdan məmnunluğunu ifadə edib. Gələcəkdə belə layihələrin qarşılıqlı şəkildə aparılması ilə bağlı öz fikir və təkliflərini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti