...

Duracaq və qarajların Əsasnaməsinə DƏYİŞİKLİK edildi

Cəmiyyət Materials 2 İyun 2017 21:14 (UTC +04:00)
Nazirlər Kabineti "Yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məsələləri haqqında” 1999-cu il 6 aprel tarixli 60 nömrəli qərarına dəyişiklik edib.
Duracaq və qarajların Əsasnaməsinə DƏYİŞİKLİK edildi

Bakı. Samir Əli - Trend:

Nazirlər Kabineti "Yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məsələləri haqqında" 1999-cu il 6 aprel tarixli 60 nömrəli qərarına dəyişiklik edib.

Trend-in məlumatına görə, dəyişikliyə görə, "Nəqliyyat vasitələrinin duracaqları və qarajları haqqında nümunəvi Əsasnamə"nin 1.2-ci bəndinin üçüncü abzasından "və parklanması" sözləri çıxarılıb.

Bu dəyişiklik edilən qədər qaraj nəqliyyat vasitələrinin durması və parklanması üçün nəzərdə tutulan mühafizə olunan tikili hesab edilirdi.

Yeni dəyişikliyə görə isə qaraj yalnız nəqliyyat vasitələrinin durması üçün nəzərdə tutulan mühafizə olunan tikili hesab ediləcək. Yəni artıq qaraj parklanma adlandırılmayacaq.

Yeni dəyişiklik iyul ayının 1-dən qüvvəyə minir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti