...

Bilik Fondu ideoloji maarifləndirmə işini davam etdirir (FOTO)

Cəmiyyət Materials 2 İyun 2017 16:26 (UTC +04:00)
Azərbaycan Prezidenti yanında Bilik Fondu silsilə maarifləndirici mühazirələrini davam etdirir.
Bilik Fondu ideoloji maarifləndirmə işini davam etdirir (FOTO)

Bakı. Trend:

Ölkədə aparılan ideoloji, sosial və elmi maarifləndirmə işlərinin daha da genişləndirilməsi, müasir Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin banisi olduğu azərbaycançılıq ideologiyasının və Prezident İlham Əliyevin apardığı uğurlu dövlət siyasətinin prioritet istiqamətlərinin ölkə əhalisinə intensiv çatdırılması məqsədilə Azərbaycan Prezidenti yanında Bilik Fondu silsilə maarifləndirici mühazirələrini davam etdirir.

Fonddan Trend-ə verilən məlumata görə, Səbail rayonunda yerləşən C.Hacıyev adına 3 saylı musiqi məktəbində Bilik Fondunun Səbail RİH ilə birgə təşkil etdiyi mühazirədə rayonun Bayıl-20-ci yaşayış sahəsinin sakinləri, ərazidəki idarə, təşkilat və müəssisələrin, bələdiyyə və təsərrüfat xidmətlərinin nümayəndələri, ağsaqqallar və gənclər iştirak ediblər.

Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət və gördüyü işlər nəticəsində ölkədə bütün sahələrdə qazanılmış uğurlar barədə danışıb.

Bilik Fondunun mühazirəçisi Dövlət İdarəçilik Akademiyasının Geostrateji Araşdırmalar Mərkəzinin direktoru, Milli Məclisin deputatı, professor Elman Nəsirov “İlham Əliyev və dövlət siyasətinin prioritet istiqamətləri” mövzusunda söylədiyi mühazirədə son illərdə ölkə başçısının rəhbərliyi altında həyata keçirilən siyasət nəticəsində əldə olunan sosial-iqtisadi tərəqqidən danışıb. Ümummilli lider Heydər Əliyevin çoxcəhətli fəaliyyəti, dövlət idarəçiliyi sahəsindəki böyük məharəti və zəngin təcrübəsi ilə Azərbaycanın davamlı inkişafının təməlini qoyduğunu vurğulayan mühazirəçi bildirib ki, Azərbaycan özünün milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır. Son illərdə ölkəmiz öz müstəqilliyini daha da möhkəmləndirib, siyasi, iqtisadi və mədəni sahələrdə çox böyük uğurlara imza atıb.

Bu silsilədən daha bir mühazirə rayonun 132-134 saylı tam orta məktəbində təşkil olunub. Siyasi elmlər üzrə fəlsəfə doktoru, Milli Məclisin üzvü Aydın Mirzəzadə məktəbin müəllim və valideyn kollektivi, həmçinin rayon ictimaiyyəti nümayəndələrinə dövlət siyasətinin başlıca istiqamətləri haqqında ətraflı məlumat verib, ölkə başçısının həyata keçirdiyi daxili və xarici siyasətin əsas məqamları, müşahidə olunan abadlıq və quruculuq işlərindən danışıb. Bilik Fondunun mühazirəçisi tarixi məqamlara da toxunaraq bildirib ki, Ümummilli lider Heydər Əliyevin səyləri nəticəsində Azərbaycanda stabillik yaranıb, xalqın dövlətə inamı möhkəmlənib, vətəndaşın hüquq və azadlıqlarının təmin edilməsinə yol açılıb və bu yolun bu gün də uğurla davam etdirilməsi Azərbaycanın dünyanın nüfuzlu dövlətlərindən birinə çevrilməsinə səbəb olub.

Mühazirələrdə həmçinin əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına və regionların inkişafına, tikinti sektorunun canlandırılmasına yönəldilən tədbirlərdən, ölkədə keçirilən beynəlxalq miqyaslı konfranslar və idman yarışlarından, Azərbaycanın beynəlxalq aləmdə daha da tanınması və təbliği ilə bağlı görülən işlərdən ətraflı bəhs olunub.

İnteraktiv formada keçən mühazirələrdə sakinlər çıxış edərək onları maraqlandıran məsələlərə toxunublar, eyni zamanda ölkə başçısı tərəfindən aparılan siyasəti, görülən işləri yekdilliklə dəstəklədiklərini bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti