...

Rayonlardan Bakıya xəstə köçürülmələrinin sayı azalıb

Cəmiyyət Materials 7 İyun 2017 11:30 (UTC +04:00)
Səhiyyə Nazirliyi Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında (SN TTTYS) telesəhiyyə sisteminin tətbiqinə başlanılıb.
Rayonlardan Bakıya xəstə köçürülmələrinin sayı azalıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Səhiyyə Nazirliyi Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında (SN TTTYS) telesəhiyyə sisteminin tətbiqinə başlanılıb.

Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyi Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (SN TTTYS) baş həkimi Mirələm Cavadov jurnalistlərə deyib.

M.Cavadov deyib ki, telesəhiyyənin tətbiqi nəticəsində xəstəyə baxaraq onun həkiminə qısa müddətdə, operativ, məsafədən tövsiyə vermək mümkün olur.

Bsş həkim qeyd edib ki, bu ilin fevral ayından fəaliyyətə başlayan telesəhiyyə xidməti vasitəsilə artıq 147 pasiyentə məsafədən məsləhətlər verilib. Bu da konsultativ xidmət göstərilmiş 389 pasiyentdən 37 faizini təşkil edib.

M.Cavadov deyib ki, telesəhiyyələrin tətbiqi ilə bağlı Bakıya xəstə köçürülmələrinin sayında da azalma olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti