...

“Azərbaycan dili” fənnindən imtahan verən rus bölməsi abituriyentlərinin nəticələri elan olunub

Cəmiyyət Materials 12 İyun 2017 15:48 (UTC +04:00)
“Azərbaycan dili” fənnindən imtahan verən rus bölməsi abituriyentlərinin nəticələri elan olunub
“Azərbaycan dili” fənnindən imtahan verən rus bölməsi abituriyentlərinin nəticələri elan olunub

Bakı. Trend:

Dövlət İmtahan Mərkəzinin (DİM) Bakı və Naxçıvan şəhərlərində ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən rus bölməsi abituriyentləri üçün keçirdiyi “Azərbaycan dili” imtahanının nəticələri elan olunub.

DİM-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, imtahanın nəticələri iyunun 11-də DİM-in internet saytında yerləşdirilib.

İmtahanda iştirak etmiş abituriyentlər DİM-in internet saytı vasitəsilə nəticələri haqqında məlumatla, habelə cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər. Abituriyentlər iş nömrələrini mobil operatorlar vasitəsilə 7727 nömrəsinə göndərməklə də nəticələrini öyrənə bilərlər.

İmtahanda iştirakı nəzərdə tutulan 1813 abituriyentdən 259 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən 1554 abituriyentdən 1306 nəfəri tələb olunan müsabiqə şərtini ödəyərək “məqbul” qiymət alıb.

Qeyd edək ki, abituriyentlərə “Azərbaycan dili” fənnindən imtahanda 30 test tapşırığı təqdim edilir. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. İmtahanının nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir, “məqbul” alanlar qəbul imtahanlarına buraxılırlar. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti