...

Bakıdan bir qrup həkim Gədəbəydə müzakirələr aparıb

Cəmiyyət Materials 19 İyun 2017 16:53 (UTC +04:00)
Tibb işçilərinin peşə bayramı günü münasibətiylə paytaxt Bakıdan bir qrup həkim-mütəxəssis qrupu Gədəbəydə olub.
Bakıdan bir qrup həkim Gədəbəydə müzakirələr aparıb

Bakı. Trend:

Tibb işçilərinin peşə bayramı günü münasibətilə paytaxt Bakıdan bir qrup həkim-mütəxəssis qrupu Gədəbəydə olub.

Trend-in məlumatına görə, məqsəd Gədəbəydə fəaliyyət göstərən həkimlərə müasir tibblə bağlı məlumat vermək və müzakirələr aparmaq olub.

“Tibbin muasir aspektleri” adlı konfransda çıxış edən “Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva bildirib ki, bu gün həkimlər, alimlər tibb sahəsində olan bilgilərini təkcə ölkə daxilində deyil, eyni zamanda xarici ölklərdən olan həmkarları ilə bölüşür, fikir mübadiləsi aparırlar: “Bizim borcumuz xəstələrə düzgün diqnoz qoymaq və sağlam həyata qaytarmadır. İnsan üçün çox qiymətli olan, lakin çox vaxt qayğısına qalmadığı ən böyük sərvət sağlamlıqdır. İnsan sağlamlığının keşiyində isə tibb işçiləri durur”.

O, eyni zamanda Azərbaycanın ucqar rayonlarından bir olan və Ermənistanla sərhəd zonasında yerləşən Gədəbəydə həkimlərin fəaliyyətini yüksək qiymətləndirib. Onun sözlərinə görə, hər an gözlənilən erməni təxribatları nəticəsində yaralanan əsgərlərimizi Gədəbəy həkimləri həyata qaytarırır, yardım edirlər. Onlar da bu günümüzün qəhrəmanları hesab olunurlar.

Xəbər lenti

Xəbər lenti