...

Alimlərə əlavə ödənişlərin verilməsi ilə bağlı XƏBƏR

Cəmiyyət Materials 29 İyun 2017 11:35 (UTC +04:00)
Alimin işinə görə əlavə ödənişlərin verilməsi lazımdır.
Alimlərə əlavə ödənişlərin verilməsi ilə bağlı XƏBƏR

Bakı. İlhamə İsabalayeva – Trend:

Alimin işinə görə əlavə ödənişlərin verilməsi lazımdır. Trend-in məlumatına görə, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlarla iş komitəsinin sədri Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, institutlarda, universitetlərdə alimin hansısa təklifindən gəlir əldə olunursa, onun bir hissəsi alimə və AMEA-nın elmi tədqiqat institutlarına verilməlidir: "Dövlət tərəfindən müəyyənləşdirilən ştat vahidi var. Olur ki, kimsə işləyir, digəri isə onun hesabına yaşayır. Hər bir alimin işinə görə əlavə ödənişlər verilməlidir. Hesab edirəm ki, Azərbaycanın gələcək iqtisadiyyatının elm əsasında qurulması istiqamətində nə qədər tez addım atılsa, o qədər çox qazanc əldə oluna bilər”.

S.Novruzov bu gün bəzi tələbələrin elm ardınca deyil, diplom ardınca getdiyini də söyləyib: "Fikirləşirlər ki, diplom alıb gedim. Lakin düşünmürlər ki, savadlı olmaq lazımdır".

Xəbər lenti

Xəbər lenti